...

Bakıda bıçaqlanmalar: 1 ölü, 1 yaralı

Hadisə Materials 25 Oktyabr 2014 12:50 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisələri qeydə alınıb.
Bakıda bıçaqlanmalar: 1 ölü, 1 yaralı

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Bakıda bıçaqlanma hadisələri qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 24-də Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində qəsəbə sakinləri 1994-cü il təvəllüdlü Yarəli Dadaşov və 1996-cı il təvəllüdlü Asim Bünyatov 1992-ci il təvəllüdlü Röyal Nəcəfovu çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetiriblər.

Daha sonra onlar Sabunçu rayon Polis İdarəsi (RPİ) 14-cü polis bölməsinə (PB) gəlib, hadisə barədə məlumat verərək özlərini təslim ediblər.

Bundan başqa, oktyabrın 24-də M.Rüstəmov küçəsində yaşayanlar 1989-cu il təvəllüdlü Orxan Muradəliyev qardaşı 1987-ci il təvəllüdlü Murada bıçaq xəsarət yetirdiyinə görə Xətai RPİ 34-cü PB-nin əmədaşları tərəfindən yaxalanıb.

Yaralının vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti