...

Ananın məhkum oğluna çatmayan sovqatı (FOTO)

Hadisə Materials 29 Oktyabr 2014 16:37 (UTC +04:00)
7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
Ananın məhkum oğluna çatmayan sovqatı (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası - Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, M.İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti