...

Bakının sağalmayan yarası: 2 ölü, 7 yaralı

Hadisə Materials 29 Oktyabr 2014 18:12 (UTC +04:00)
Bakı şəhəri, Qaradağ rayonunda “Honda” markalı minik avtomobili yolayrıcındakı maneəyə çırpılıb.
Bakının sağalmayan yarası: 2 ölü, 7 yaralı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bakı şəhəri, Qaradağ rayonunda "Honda" markalı minik avtomobili yolayrıcındakı maneəyə çırpılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü İsayev Rövşən Eldar oğlu, sərnişin 1984-cü il təvəllüdlü Qəhrəmanov Samir Bəhram oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Avtomobildə müxtəlif bədən xəsarətləri alan 3 nəfər (2 nəfər qadın, 1 nəfər kişi), 4 nəfər azyaşlı və hər 2 meyit xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti