...

Gəncədə iki avtomobil toqquşub

Hadisə Materials 30 Oktyabr 2014 21:41 (UTC +04:00)
Gəncədə iki avtomobil toqquşub.
Gəncədə iki avtomobil toqquşub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Gəncədə iki avtomobil toqquşub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saat 21:00 radələrində Gəncə şəhəri Nizami və Ordubadi küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Gəncə sakini Zeynal Bayramov idarə etdiyi Mercedes markalı avtomobillə Nizami küçəsi ilə hərəkətdə olarkən anidən Ordubadi küçəsində qarşısına çıxan Elşən Zeynalovun idarə etdiyi VAZ 2107 markalı maşınla toqquşub. Hər iki avtomobilə xeyli ziyan dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmamasıla bağlı hələlik məlumat verilmir.

Hazırda Gəncə şəhər Yol Polisi əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti