...

Bərdədə silah "işə düşdü"

Hadisə Materials 31 Oktyabr 2014 14:03 (UTC +04:00)
Oktyabrın 30-da Bərdə rayonunun Muğanlı kəndində kənd sakini Qədir Paşayev ov tüfəngindən atəş açaraq həmkəndlisi Ramin İsgəndərova xəsarət yetirib.
Bərdədə silah "işə düşdü"

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 30-da Bərdə rayonunun Muğanlı kəndində kənd sakini Qədir Paşayev ov tüfəngindən atəş açaraq həmkəndlisi Ramin İsgəndərova xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bərdə rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Paşayev tutulub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan "TOZ-16" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti