...

Ağstafada PAZ-la VAZ toqquşdu: 1 ölü, 1 yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 Noyabr 2014 12:17 (UTC +04:00)
Ağstafada sərnişin avtobusu ilə minik avtobusu toqquşub.
Ağstafada PAZ-la VAZ toqquşdu: 1 ölü, 1 yaralı (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:06-da yayılıb)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ağstafada sərnişin avtobusu ilə minik avtobusu toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus "PAZ" markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, zərbənin təsirindən "VAZ 2106" bir neçə hissəyə bölünüb. Qəza zamanı avtobusda sərnişinlər olmadığından yalnız sürücü Elgün Novruzov xəsarət alıb. Yaralı dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti