...

Neft meydançasında baş vermiş uçqun nəticəsində itkin düşmüş şəxsin cəsədi tapıldı

Hadisə Materials 1 Noyabr 2014 13:09 (UTC +04:00)
Neft meydançasında baş vermiş uçqun nəticəsində itkin düşmüş şəxsin axtarışı başa çatıb.
Neft meydançasında baş vermiş uçqun nəticəsində itkin düşmüş şəxsin cəsədi tapıldı

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Neft meydançasında baş vermiş uçqun nəticəsində itkin düşmüş şəxsin axtarışı başa çatıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09:00 radələrində ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Şirkətin məlumatında deyilir ki, qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yardım göstərilib və hazırda hamısı evə buraxılıb.

Qeyd edək ki, oktyabrın 23-də saat 12 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş vermişdi. Hadisə nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılmışdı.

Həlak olanlar "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu, kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğlu və 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti