...

72 dollara alınan rəsm əsəri 75 milyon dollara satıldı

Maraqlı Materials 11 Mart 2014 22:10 (UTC +04:00)
1958-ci ildə 72 dollara satılan rəsm əsəri hərrac zamanı adı açıqlanmayan kolleksiyaçıya 75 miyon dollara satılıb.
72 dollara alınan rəsm əsəri 75 milyon dollara satıldı

Azərbaycan, Bakı, 11 mart /Trend/

1958-ci ildə 72 dollara satılan rəsm əsəri hərrac zamanı adı açıqlanmayan kolleksiyaçıya 75 miyon dollara satılıb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, qiymətlər arasındakı xeyli fərqə səbəb sonradan həmin rəsm əsərinin Leonardo Da Vinçiyə məxsus olduğunun öyrənilməsidir.

Halbuki tablo ilk dəfə satılarkən onun başqa rəssama aid olduğu düşünülürdü. Belə ki, 2000-ci illərin əvvəllərində Nyu-Yorkdan ticarətçilər rəsm üzərində təmizlik işləri apararkən onun renessans dövrünün məşhur rəssamı Da Vinçiyə məxsus olduğunu sübut ediblər.

66 santimetr uzunluğundakı "Dünyanın xilaskarı" (Salvator Mundi) adlı rəsm əsəri yağlı boya ilə çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti