...

Sümükdən motosiklet

Maraqlı Materials 14 Mart 2014 20:17 (UTC +04:00)
ABŞ-ın Florida ştatının sakini Riz Mur heyvan sümüklərindən motosiklet düzəldib.
Sümükdən motosiklet

Azərbaycan, Bakı, 14 mart /Trend/

ABŞ-ın Florida ştatının sakini Riz Mur heyvan sümüklərindən motosiklet düzəldib.

Trend-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, R.Mur "Cowasaki" ("cow" yəni inək və "Kawasaki" sənaye konserninin adının birləşməsindən) adını verdiyi nəqliyyat vasitəsini satışa çıxarıb.

Sümükdən hazırlanmış motosiklet 5,5 min dollar dəyərində qiymətləndirilib. Motosikleti sürmək mümkün deyil.

R.Murun sümükdən hazırladığı daha bir neçə motosiklet müxtəlif şəhərlərdə sərgiyə çıxarılıb. Onun sözlərinə görə, motosikletin detallarını, yəni sümükləri bir neçə ilə toplasa da, nəqliyyat vasitəsini bir neçə günə yığmağı bacarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti