...

50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı

Maraqlı Materials 31 Mart 2014 16:03 (UTC +04:00)
Cenevrədə dəyəri 50 milyon dollar olan çəhrayı brilyantın müəmmalı şəkildə itməsini araşdırırlar.
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı

Azərbaycan, Bakı, 31 mart /Trend/

Cenevrədə dəyəri 50 milyon dollar olan çəhrayı brilyantın müəmmalı şəkildə itməsini araşdırırlar.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50,66 karatlıq qiymətli daş "Malca-Amit" şirkətinin saxlancından itib. Şirkət qiymətli əşyaların saxlanması xidməti göstərir. İndi brilyantın Silla Musa adlı sahibi onun itməsində şirkət rəhbərliyini günahlandırır.

Xatırladaq ki, o, daşı mühafizə olunması üçün 2007-ci ildə şirkətə verib.

Ötən ilin avqustunda S.Musa brilyantı saxlancda yoxlamaq qərarına gəlir. Onun sözlərinə görə, lakin şirkətin əməkdaşları qiymətli daşın hansısa iş adamına verildiyini bildiriblər.

Öz tərəfindən "Malca-Amit" şirkətinin rəhbərliyi daşın sahibinin onu hələ 2008-ci ildə götürdüyünü və bunu sübut etmək üçün şirkətin sənədlərə malik olduğunu bildirib.

Polis artıq "Malca-Amit"in Cenevrə şöbəsində axtarış aparıb və hazırda saxlancın üç əməkdaşı barəsində təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti