...

Gəncədə itlərin sərgi-müsabiqəsi keçirilib (FOTO)

Maraqlı Materials 7 Aprel 2014 13:26 (UTC +04:00)
Gəncədə Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə “Qafqaz Qəniməti” adı altında müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib.
Gəncədə itlərin sərgi-müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Gəncədə Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı ilə "Qafqaz Qəniməti" adı altında müxtəlif cins itlərin sərgi-müsabiqəsi keçirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə ilk dəfədir təşkil olunan nümayişin birinci mərhələsi Gürcüstanın paytaxtı Tbilisidə baş tutub.

Beynəlxalq səviyyədə keçirilən müsabiqədə 100-ə yaxın it nümayiş olunub.

Müsabiqədə qalib gələn iştirakçılara mükafatlar təqdim edilib.

Kinoloqlar İctimai Birliyinin sədri Zaur Ağabəylinin sözlərinə görə, standartlarda itin xarici görünüşü və özünü aparmaq qaydası müəyyənləşdirilib. Bu standartlara əsasən iştirakçı itlər uyğunlaşdırılır, hansının bu standartlara daha yaxşı cavab verdiyi müəyyən edilir və hər cins üzrə yeganə nümayəndə seçilir. Nəticədə isə hər cinsin bir nümayəndəsi final mərhələsində iştirak edir və sərginin ən yaxşı iti titulunu qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti