...

Sevgi alimin ağlını aldı

Maraqlı Materials 19 İyul 2014 15:01 (UTC +04:00)
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Tayvan Universtetinin alimi sevdiyi qızın diqqətini çəkmək üçün bu yola əl atıb.
Sevgi alimin ağlını aldı

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir Ulucay Akif/

Alim sevgilisinə görə saçını ütü formasına saldı.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Tayvan Universtetinin alimi sevdiyi qızın diqqətini çəkmək üçün bu yola əl atıb. 54 yaşlı Vu Ley özündən 31 yaş kiçik olan Linq Linin onun hisslərinə cavab vermədiyini görüb saç düzümünü dəyişmək fikrinə gəlib.

Vu Ley ütüyə oxşayan fərqli saç düzümü ilə 23 yaşlı gənc Linin xoşuna gələcəyini düşünsə də, bu belə olmayıb.

Qızın bucür davranmasını anlamadığını deyən Vu indi saçını formaya salmaq üçün 2 saat vaxt və 2 banka gel istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti