...

"Porsche" qiymətinə televizor

Maraqlı Materials 26 İyul 2014 16:08 (UTC +04:00)
"Samsung" şirkəti dəyəri 120 min dollar olan televizor istehsalına başlayıb.
"Porsche" qiymətinə televizor

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Ulucay Akif/

"Samsung" şirkəti dəyəri 120 min dollar olan televizor istehsalına başlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, internetə qoşula bilən bu Smart TV-nin funksiyalarını 4 nüvəli prosessor yerinə yetirir. Əyri displeyə malik "Samsung UN10589W 4K Ultra HD" televizorunun dəyəri "Porsche Carrera 4S Cabriolet" avtomobilinin qiymətinə bərabərdir.

Bu model 5120 x 2160 piksellik əyri displeylə təchiz olunub ki, bu da "Full HD" formatından 5,3 dəfə böyükdür. 4 HDMI portu, Smart TV texnologiyası, DTS Premium Sound 5.1 çoxkanallı akustik sistem, Wi-Fi və 3D qoşulma, 4 USB portu bu modelin üstünlükləridir.

Daha qəribə olan isə "Samsung UN105S9W"-nin dünyanın ən bahalı televizoru olmamasıdır. Dünyanın ən bahalı televizoru elə "Samsung" şirkətinin 2013-cü ilin mart ayında istehsal etdiyi "Samsung Ultra HD" televizordur. Bu televizorun qiyməti 150 min dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti