...

Yaponiyada 100 milyon il əvvəl yaşamış yeni dinozavr növü tapılıb

Maraqlı Materials 14 Avqust 2014 18:44 (UTC +04:00)
Yaponiyalı paleontoloqlar 100 milyon il əvvəl yaşamış dinozavrların titanozavr nəslindən yeni növ aşkar edildiyini təsdiqləyiblər.
Yaponiyada 100 milyon il əvvəl yaşamış yeni dinozavr növü tapılıb

Azərbaycan, Bakı, 14 avqust/Trend/

Yaponiyalı paleontoloqlar 100 milyon il əvvəl yaşamış dinozavrların titanozavr nəslindən yeni növ aşkar edildiyini təsdiqləyiblər.

Trend-in cümə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, yeni növ dinozavrlar indiki Yaponiya ərazisində yaşayıb.

Tamba şəhəri ərazisində qazıntı qalıqlarını hələ 2006-cı ildə yerli məktəblərdən birinin müəllimi aşkar etmişdi. Qazıntı yerinə çağırılan arexeoloqlar dinozavr skeletinin hissələrini toplayaraq yoxlanılması üçün Yaponiya universitetlərinə göndəriblər.

Otyeyən titanozavr dünyanın quruda yaşamış ən iri heyvanıdır. Bu növ heyvanın uzunluğu təqribən 40 metr, çəkisi isə 80 tondur..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti