...

Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər

Maraqlı Materials 26 Avqust 2014 18:46 (UTC +04:00)
Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir
Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi qadın sürücülərin avtomobilin sükanı arxasında bəzənməsinə qadağa qoyub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında olacaq.

Nazirliyin məlumatında deyilir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".

Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti