...

Dünyanın ən böyük pomidoru

Maraqlı Materials 10 Sentyabr 2014 18:56 (UTC +04:00)
ABŞ-ın Minnesota ştatının sakini Den Makkoy dünyanın ən böyük pomidorunu yetişdirib.
Dünyanın ən böyük pomidoru

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

ABŞ-ın Minnesota ştatının sakini Den Makkoy dünyanın ən böyük pomidorunu yetişdirib. Trend-in xaricə KİV-ə istinadən verdiyi məlumata görə, pomidorun çəkisi təqribən 3,8 kiloqram təşkil edib.

Fermer ümid edir ki, Ginnesin Rekordlar Kitabının nümayəndələri noyabrın 1-dək bu rekordu qeydə alacaqlar. D.Makkoy yetişdirdiyi pomidora "Böyük Zak" adı verib.

O, qeyd edib ki, nəhəng pomidorun toxumlarının bir qismini fermerlərə paylayacaq, qalanını isə xeyriyyə hərracına çıxardacaq.

Xatırladaq ki, buna qədər dünyanın ən böyük pomidorunun çəkisi 3,5 kiloqram olub. Onu Oklahoma ştatının fermeri Qordon Qrem 1986-cı ildə yetişdirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti