...

Tibb tarixində ilk: İnsana gözün torlu qişası köçürüldü

Maraqlı Materials 15 Sentyabr 2014 17:00 (UTC +04:00)
Dünyada ilk dəfə gövdə hüceyrəsindən yetişdirilən torlu qişanın insana köçürülməsi əməliyyatı bir gün sonra müsbət nəticə verib.
Tibb tarixində ilk: İnsana gözün torlu qişası köçürüldü

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Dünyada ilk dəfə gövdə hüceyrəsindən yetişdirilən torlu qişanın insana köçürülməsi əməliyyatı bir gün sonra müsbət nəticə verib. Trend xarici KİV-ə istinadən xəbər verir ki, inqilabi transplantoloji əməliyyatı metodun kliniki sınaqlarını aparan Yaponiyanın Təbiət Elmləri Dövlət İnstitutu (RIKEN) həyata keçirib.

Əməliyyatın gedişində gündoğan ölkənin mütəxəssisləri makulodistrofiyadan - yaşla əlaqədar görmə pozuntusundan əziyyət çəkən 70 yaşlı pasiyentə gözün torlu qişasını köçürüblər. Qadın bildirib ki, onun "görmə sahəsi daha işıqlı olub".

RIKEN ehtimal edir ki, bu, uğurlu əməliyyatın nəticəsi ola bilər. Eyni zamanda, alimlərin fikrincə, belə dəyişiklik göz damarlarından qırmızı qan cisimlərinin getməsinə görə ola bilər və buna görə də son nəticə çıxarmaq hələ ki tezdir.

Qeyd edək ki, makulodistrofiya gözün selikli qişasını zədələyir və yaşlı adamlar arasında görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biridir. Bu xəstəliyin bu gün mövcud olan müalicə metodları xəstəliyin simptomlarını yalnız müvəqqəti aradan qaldırmağa imkan verir.

RIKEN institutunda ümid edirlər ki, yetişdirilmiş selikli qişanın köçürülməsi makulodistrofiyanın müalicəsinin həqiqi üsulu ola bilər. Gözlənildiyi kimi, Yaponiyada gövdə hüceyrələrindən istifadə etməklə dünyada keçirilən ilk kliniki sınaqlarda 50-dən çox yaşı olan daha beş belə göz xəstəsi iştirak edəcək. Onlar da analoji əməliyyat olunacaq.

2012-ci ildə Kioto Universitetinin professoru Sinya Yamanaka orqanizmin adi hüceyrələrindən gövdə hüceyrələrinin alınması metodunu kəşf etdiyinə görə tibb sahəsində Nobel mükafatı aldıqdan sonra Yaponiyada regenetativ təbabətin yeni metodlarının hazırlanması üzrə fəal iş aparılır. Ölkə hökuməti yaxın on il ərzində bu sahədə aparılacaq tədqiqatlara 1 milyard dollardan artıq vəsait ayırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti