...

Şvartsenegger Madridin piarına görə mükafatlandırıldı

Maraqlı Materials 29 Sentyabr 2014 11:34 (UTC +04:00)
Hollivud aktyoru, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger Madrid meriyası tərəfindən İspaniya paytaxtının imicinin artmasında verdiyi töhfəyə görə medalla mükafatlandırılıb.
Şvartsenegger Madridin piarına görə mükafatlandırıldı

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Hollivud aktyoru, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger Madrid meriyası tərəfindən İspaniya paytaxtının imicinin artmasında verdiyi töhfəyə görə medalla mükafatlandırılıb. Bu barədə Trend bazar ertəsi xarici KİV-ə istinadən xəbər yayıb.

Şvartsenegger "Təyinat nöqtəsi Madriddir" medalına İspaniya paytaxtında "Arnold Classic Europe" turniri çərçivəsində bodibildinq də daxil olmaqla, idmanın 30-dan artıq növü üzrə yarışların təşkilinə görə layiq görüb. Cümə günü start götürən bu yarışlar Madriddə artıq 4-cü dəfədir keçirilir.

Gözlənildiyi kimi, 2014-cü ildə yarışlarda dünyanın 60 ölkəsindən 5 min atlet iştirak edəcək. Yarışları dünyanın 80 ölkəsindən 40 min insan müşahidə edəcək.

Mükafatın təqdimatına Şvartsenegger özü gəlib. Təntənəli mərasim Plasa-de-Sibeles sarayında keçirilib. Tədbirdə 67 yaşlı aktyor zarafat edərək deyib: "Mənim çoxlu medallarım, mükafatalrım var, amma əlbəttə ki, bu, sonuncu olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti