...

Tailand hakimiyyəti turistlərə xüsusi qolbaq taxacaq

Maraqlı Materials 30 Sentyabr 2014 13:31 (UTC +04:00)
Tailand hakimiyyəti turistlərə eyniləşdirilmiş nömrələri olan qolbaqlar taxmağı planlaşdırır.
Tailand hakimiyyəti turistlərə xüsusi qolbaq taxacaq

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Tailand hakimiyyəti turistlərə eyniləşdirilmiş nömrələri olan qolbaqlar taxmağı planlaşdırır. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Tailandın turizm və idman naziri Kobkarn Vattanavranqkul deyib.

Onun sözlərinə görə, bu addım ölkənin kurortlarında təhlükəsizliyin səviyyəsini artırmağa hesablanıb.

Belə qolbaqlar turistlər oteldə yerləşərkən veriləcək.

Nazir turistlərin yerlərini müəyyənləşdirmək üçün xüsusi elektron qurğuların tətbiqi imkanının da nəzərdən keçirildiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti