...

"Titanik"in menyusu 100 min dollara satıldı

Maraqlı Materials 20 Oktyabr 2014 11:06 (UTC +04:00)
"Titanik"in birinci sinif sərnişinləri üçün restoranın menyusu Britaniyanın "Henry Aldridge & Son” hərracında 96,5 min dollara satılıb.
"Titanik"in menyusu 100 min dollara satıldı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

"Titanik"in birinci sinif sərnişinləri üçün restoranın menyusu Britaniyanın "Henry Aldridge & Son" hərracında 96,5 min dollara satılıb. Trend-in məlumatına görə, bu barədə BBC News xəbər yayıb.

Menyunun tarixi 12 aprel 1912-ci ildir. Orada həmin gün gəminin varlı sərnişinlərinə satılan xörəklərin adları sadalanır: doğranmış donuz ətindən ingilis pudinqləri, qoyun ətindən əzmə kotletlər, tapioko ilə pudinq.

Menyu amerikalı Spenserlər ailəsinin qulluqçusu fransız Eliza Lyurettin paltosunun cibində möcüzə nəticəsində qalıb. O, xanım Spenserlə birlikdə qayıqda xilas ola bilib. Cənab Spenser isə həlak olub.

Birinci sinif göyərtənin planı hərracda 53 min dollara satılıb. Lyurett onun köməyi ilə sahibəsi ilə birlikdə xilasedici qayığa yolu tapıb.

Habelə "Titanik"in həlak olmuş zabiti Sidni Sidyunerə məxsus əşyaların saxlandığı qutunun açarı da təxminən 100 min dollara satılıb.

Mühəndis Cozef Bellin məktubu isə 39 min dollara satılıb. Məktubda "Titanik"in İngiltərənin Sauthempton limanını tərk edərkən iki gəmi ilə toqquşmaqdan güclə xilas olması barədə yazılıb.

Hərraca qəzaya uğramış gəmi ilə bağlı 250 əşya çıxarılıb.

Britaniyanın Trans Atlantik layneri olan "Titanik" 1912-ci il aprelin 14-dən 15-nə keçən gecə ilk reysi zamanı nəhəng buz parçası ilə toqquşduqdan sonra batıb. Qəzada 1496 sərnişin həlak olub, xilas olan 712 sərnişini və ekipaj üzvlərini "Karpatiya" gəmisi sahilə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti