...

Şahzadə Çarlzın aşpazları xüsusi agentlərin nəzarəti altındadırlar

Maraqlı Materials 20 Oktyabr 2014 12:10 (UTC +04:00)
Uels şahzadəsi Çarlz üçün hazırlanan yeməklər daim xüsusi agentlərin müşahidəsi altındadır.
Şahzadə Çarlzın aşpazları xüsusi agentlərin nəzarəti altındadırlar

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Uels şahzadəsi Çarlz üçün hazırlanan yeməklər daim xüsusi agentlərin müşahidəsi altındadır. Bukinhem sarayının aşpazlarına nəzarət Britaniya taxt-tacının vəliəhdinin zəhərlənə biləcəyi qorxusundan təşkil edilib. Trend xəbər verir ki, bu barədə "Qazeta.ru" saytı Britaniyanın "Mirror" qəzetinə istinadən məlumat yayıb.

"Şahzadə Çarlz centlmen olaraq, heç vaxt şikayət etmir və həmişə ona verilən yeməkləri yeyir. Amma əslində yemək hazırlayanda mətbəxdə aşpazı daim izləyən xüsusi agent olur". Bunu sarayın baş aşpazı Mişlen Atul Koçxar bildirib. Onun sözlərinə görə, nəzarətçi təkcə yeməyin hansı məhsullardan hazırlandığını müşahidə etmir, həm də heç kimin xörəyə zəhərləyici maddə səpməməsinə nəzarət edir.

Baş aşpaz əlavə edib: "Bu, orta əsrlərdən mövcud olan ənənəyə bənzəyir. O vaxtlar kral ailəsinə xörək verilməzdən əvvəl onu dequstatorlar yoxlayırdılar. Оnlar yeməyin zəhərli olub-olmamasına nəzarət edirdilər".

65 yaşlı şahzadə Çarlz Böyük Britaniya kral taxtına namizədlərdən birincisidir. Əgər taxta çıxarsa, o, Britaniya kral ailəsinin tacı qəbul etməli olan ən yaşlı nümayəndəsi olacaq. Taxta çıxma üzrə əvvəlki yaş rekordu 64 yaşında taxta çıxmış və 10 ay kral olmuş IV Vilhelmə aid idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti