...

İnsanın yorğunluğuna nəzarət üçün cihaz hazırlanıb

Maraqlı Materials 30 Oktyabr 2014 11:09 (UTC +04:00)
Yaponiyanın “Nintendo” korporasiyasının mütəxəssisləri insan yuxusunun dərinliyinə uzaqdan nəzarət və yorğunluğun dərəcəsinin ölçülməsi üçün dünyada ilk məişət cihazını hazırlayıblar və indi onu satışa hazırlayırlar.
İnsanın yorğunluğuna nəzarət üçün cihaz hazırlanıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Yaponiyanın "Nintendo" korporasiyasının mütəxəssisləri insan yuxusunun dərinliyinə uzaqdan nəzarət və yorğunluğun dərəcəsinin ölçülməsi üçün dünyada ilk məişət cihazını hazırlayıblar və indi onu satışa hazırlayırlar. Bunu korporasiyanın prezidenti Satoru İvata Tokioda ekspertlərlə görüşündə deyib. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat yayıb.

Yataqda yerləşdiriləcək cihaz mikrodalğalı şüanın köməyi ilə tənəffüsü, nəbzi və yatan insanın vəziyyətinin başqa parametrlərini izləməyə başlayacaq. Alınmış məlumatlar kənarda yerləşən serverə göndəriləcək. Məlumatların analizi əsasında cihaz insanın yorğunluğunun dərəcəsi haqqında sahibinə məlumat, qidalanma rasionunun yaxşılaşdırılması üzrə məsləhətlər, arzu olunan fiziki tapşırıqlar və s. verəcək.

"Nintendo"nun prezidenti məlumat verib ki, cihazın satışına 2015-ci ildə başlanacaq. Onun qiymətinin o zaman elan ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti