Azərbaycanlı deputatlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyindən əl çəkəcəyinə inanırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2009 12:28 (UTC +04:00)
"Danışıqlar prosesləri Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməsinə doğru aparır. Ermənistan gec-tez Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, uzaq zamanda deyil, yaxın vaxtlarda baş verəcək", - bunu şənbə günü Trend News-a deputat, hakim Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü Aydın Mirzəzadə deyib.
Azərbaycanlı deputatlar Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyindən əl çəkəcəyinə inanırlar

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin deputatları Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində gedən proseslərin Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkəcəyi ilə nəticələyinə inanırlar.

"Danışıqlar prosesləri Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməsinə doğru aparır. Ermənistan gec-tez Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, uzaq zamanda deyil, yaxın vaxtlarda baş verəcək", - bunu şənbə günü Trend -a deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü Aydın Mirzəzadə deyib.

Trend -un arayışı: Dağlıq qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar intensivləşib. Son bir ildə Azərbaycan və Ermənistanın dövlət başçıları və xarici işlər nazirləri bir neçə dəfə görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Mirzəzadə bildirib ki, Ermənistanın mövcud durumu onun qeyri-konstruktiv mövqeyindən geri çəkilməsini məcbur edəcək.

"Ermənistanın qeyri-konstruktiv mövqeyi ilk növbədə özünə zərbə vurur. Əhali köçüb gedir, ölkə iqtisadi inkişafdan geri qalır, müstəqilliyi şübhə altında qalır. Əgər Ermənistan bu mövqeyindən əl çəkməsə özünün müstəqilliyini şübhə altına qoyur. Əhalisiz dövlət kimə lazımdır? Yaxud da Ermənistanın iqtisadi cəhətdən inkişafı yoxdur. Böhran onun büdcəsinin bir il ərzində 3 milyarddan 2 milyarda enməsinə səbəb olub. Real, obyektiv şərait onu bu addımı atmağa məcbur edəcək",  - deputat əlavə edib.

Azərbaycanın sabiq Baş naziri, deputat Pənah Hüseyn isə Trend -a bildirib ki, gələn ilin may ayınadək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı ilkin razılaşma ola bilər.

"May ayınadək Türkiyə Parlamentində protokolların müzakirəsi və təsdiqlənməsinin gözləndiyi bir mərhələdə Azərbaycanı çox ciddi sınaq gözləyir. Azərbaycan hər hansı təslimçilik təklifləri qarşısında təslim olmayacağını bəyan edir. Bu, müsbət haldır, lakin bununla paralel Azərbaycan cəmiyyəti də səfərbər edilməlidir", - deputat əlavə edib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin yaradılmasına dair protokol imzalanıb. Bu protokol hələ ki hər iki ölkənin parlamentində ratifikasiya olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti