Rusiya və Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kömək üçün parlaq perspektivləri var - Dövlət Dumasının deputatı Sergey Markov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2010 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir E.Tariverdiyeva/

RusiyaAzərbaycanın parlaq perspektivləri var və bu əlaqələrin inkişafı regionda vəziyyətin yaxşılaşmasına kömək edəcək ki, bu da yekun nəticədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin intensivləşməsinə gətirib çıxaracaq. RF-nın Federal Yığıncağının Dövlət Dumasının deputatı, "Vahid Rusiya" fraksiyasının üzvü Sergey Markov belə hesab edir.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində artıq müsbət anlar var - bu tərəflərin intensiv danışıqları, vasitəçi ölkələrin fəaliyyətidir. Pis olan odur ki, danışıqlar kifayət qədər intensiv deyil", Markov Moskvadan telefonla Trend -a məlumat verib.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarda bildirib ki, o Rusiyanın Dağlıq Qarabağ probleminin həllində daha aktiv rol oynamağını istəyir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz ruisyalı həmkarı Vladimir Putinlə danışıqlarda bildirib ki, o Rusiyanın Dağlıq Qarabağ probleminin həllində daha aktiv rol oynamağını istəyir, TRT bu barədə məlumat verib.

Putin bu məsələdə hərcür dəstək göstərməyə hazır olduğunu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Markov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan rəhbərliyinin müdrikliyini qeyd edib. Onun sözlərinə görə, bu müdriklik misilsiz iqtisadi artıma və respublikanın inkişafına kömək edib.

"Bu həqiqətən də müdrik siyasətdir. Belə siyasət Dağlıq Qarabağ münaqişəsinin həllinin uzunmüddətli perspektivində də töhfəsini verəcək", - o deyib.

Daqlıq Qarabağ münaqişəsinin dondurulması Azərbaycana misilsiz iqtisadi artıma nail olmaq üçün kömək edib. Belə ki, ölkə fikrini ilk növbədə iqtisadi məsələlərə cəmləşdirib.

"Türkiyə və Ermənsitan arasındakı əlaqələrin yaxşılaşması dağlıq qarabağ münaqişəsinin gələcək həllinə kömək edəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti