...

Serj Sarkisyanın bəyanatı süni jestdir - azərbaycanlı politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2010 13:59 (UTC +04:00)
Serj Sarkisyanın bəyanatı Sürix protokollarının uğursuzluğa uğramasından irəli gələn süni jestdir. Azərbaycanlı politoloq Fikrət Sadıqov belə hesab edir.
Serj Sarkisyanın bəyanatı süni jestdir - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir S.Ağayeva/

Serj Sarkisyanın bəyanatı Sürix protokollarının uğursuzluğa uğramasından irəli gələn süni jestdir. Azərbaycanlı politoloq Fikrət Sadıqov belə hesab edir.

"Sürix protokolları imzalandıqdan və Ermənistan konstitusiyası tərəfindən Ankaranın maraqlarına zidd düzəlişlər edildikdən sonra məlum oldu ki, Türkiyə Ermənistanın görmək istədiyi şəkildə olan sənədləri ratifikasiya etməyəcək və Yerevan qabaqlayıcı addım atmaq qərarına gəldi", - Sadıqov cümə günü Trend-ə Ermənistan prezidentinin dünənki çıxışını şərh edərkən deyib.

Ermənistan prezidenti Serj Sarkisyanın  öz fərmanı ilə ölkə parlamentində Ermənistan - Türkiyə protokollarının ratifikasiya prosedurunu dayandırıb. Bu barədə cümə axşamı dövlət başçısının mətbuat xidməti məlumat yayıb, - "Novosti-Armeniya" yazır.

"Ermənistan prezidenti Serj Sarkisyan 2010-cu il oktyabrın 10-da Sürixdə imzalanmış "Diplomatik münasibətlərin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişafı haqqında protokol"un ratifikasiyası prosedurunun dayandırılması haqqında fərman imzalayıb. Prezidentin fərmanı ilə Ermənistanın xarici işlər nazirinə tapşırılıb ki, protokolların ratifikasiyasının dayandırılması haqqında Türkiyəni məlumatlandırsın", - məlumatda deyilir.

"Ermənistan konstitusiya məhkəməsinin düzəlişlərində göstərilir ki, ölkə, faktik olaraq, Türkiyəyə ərazi iddialarından əl çəkmir və 1915-ci il hadisələrinə dair qətnamənin irəli sürülməsini davam etdirəcək, halbuki Sürix protokolları həmin illərin hadisələrinin öyrənilməsi ilə bağlı alimlərdən və tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasını nəzərdə tutur", - politoloq deyib. - "Ermənistan özünün də imzaladığı Sürix protokollarında əksini tapmış bu bəndlərə məhəl qoymayıb. Paradoksal olsa da, Ermənistan çətin vəziyyətdən və düşdüyü təcriddən çıxmaq, ölkədə iqtisadi vəziyyəti yaxşılaşdırmaq, eyni zamanda, Türkiyəyə ərazi iddialarını davam etdirmək, 1915-ci il hadisələri üzrə qətnamə irəli sürmək, Azərbaycan ərazilərini işğal altında saxlamaq istəyirdi. Lakin belə olmur".

Ermənistan başa düşdü ki, onun öz daxili problemlərini Azərbaycan və Türkiyənin hesabına həll etməyə yönələn gizli fikirləri fiaskoya uğrayacaq, Ankara bu şəkildə protokolları imzalamayacaq, ona görə də qabaqlayıcı addım atdı.

"Faktiki olaraq, Sarkisyanın dünənki bəyanatı olmadan da məlum idi ki, Sürix protokolları ötən ilin oktyabrında imzalanmış formada təsdiqlənməyəcək", - Sadıqov deyib.

"Bu, nonsensdir. Dövlətin çətin vəziyyətdən çıxmaq cəhdi hansısa kompomislə uzlaşmalıdır. Əgər sən qonşu dövlətlə müharibə vəziyyətində olan ölkəsənsə və bu dövlət Türkiyə ilə sıx müttəfiqlik əlaqələrinə malikdirsə, deməli, bir çox amilləri incəliyinə qədər nəzərə almaq lazımdır. Əgər bütün bu nüanslar nəzərə alınmırsa və ölkə öz şəxsi rifafı üçün çalışmaqda davam edirsə, irad və ambisiyalarını gündəlikdən çıxarmırsa, ötən ilin oktyabrından bu günə kimi baş verənlərin nəticəsi göz qabağındadır. Sarkisyanın bəyanatı isə protokolların bu şəkildə ölkə parlamentləri tərəfindən təsdiqlənməyəcəyinin məlum olmasından irəli gələn süni jestdir", - azərbaycanlı politoloq deyib.

Xəbər lenti

Xəbər lenti