...

Litva Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımadığını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2010 17:59 (UTC +04:00)
Çərşənbə günü Vilnüsdə Litvanın Baş naziri və xarici işlər naziri bazar günü Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımadıqlarını bəyan edərək Avropa İttifaqının ali nümayəndəsinin mövqeyini təsdiqləyiblər.
Litva Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımadığını təsdiqləyib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir Y.Ostapenko/

Çərşənbə günü Vilnüsdə Litvanın Baş naziri və xarici işlər naziri bazar günü Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımadıqlarını bəyan edərək Avropa İttifaqının ali nümayəndəsinin mövqeyini təsdiqləyiblər. Bu barədə Litvanın Azərbaycandakı səfirlyinin məlumatında deyilir.

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton bir az əvvəl bəyan etmişdi ki, Aİ Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsini tanımır.

Mayın 23-də separatçı rejim Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı bu seçkiləri tanımadıqlarını bəyan ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti