...

Elnur Aslanov: Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində qələbəsı olduqca vacibdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Avqust 2011 12:21 (UTC +04:00)
Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində qələbə çalması olduqca vacibdir.
Elnur Aslanov: Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində qələbəsı olduqca vacibdir

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində qələbə çalması olduqca vacibdir. Trend-in məlumatına görə, bunu cümə günü Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) 9-cu ənənəvi "Bakı Gənclər Şəhəri" yay forumunun açılış mərasimində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Azərbaycanın informasiya müharibəsində qələbəsi yalnız Bakıda işləyənlərdən asılı deyil. Bu, eyni zamanda xaricdə yaşayan və təhsil alan həmvətənlərimizdən asılıdır. İnformasiya müharibəsi yalnız tarixi faktlarla bağlı mübahisə deyil. Bu, eyni zamanda Azərbaycanın infikafının, zəngin mədəniyyətimizin təbliğidir", - Aslanov əlavə edib.

PA rəsmisi çıxışında Azərbaycan gəncləri arasında Mübariz İbrahimov, Ramil Səfərov kimi vətənini canından çox sevən, ona görə canından keçməyə hazır olan qəhrəman övladlar
olduğunu deyib.

O həmçinin bildirib ki, Azərbaycana fəal vətəndaşlar lazımdır və o vətəndaşları bu tədbirdə iştirak edən gənclərin timsalında görmək mümkündür.

Forumda 37 ölkədən 4000-dən çox tələbə iştirak edir. Forumda "Qarabağı tanı və tanıt", "Eurovision-2012 paytaxtını kəşf et", "Azərbaycan sosial mediada", "Azərbaycanın akademik təbliğatı" adlı panellər təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti