...

Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı ilkin qərarı açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2012 11:19 (UTC +04:00)
Dünən Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb.
Avropa Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı ilkin qərarı açıqlayıb

Aərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Dünən Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında "Çıraqov və başqaları Ermənistana qarşı" işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb.

Trend-in Avropa Məhkəməsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş barədə qərarını verəcək.

Laçın rayonundan olan 6 məcburi köçkün olan iddiaçılar Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər.

Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.

Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.

Xəbər lenti

Xəbər lenti