...

Dağlıq Qarabağ münaqişəsi İrlandiyanın ATƏT-ə sədrliyi üçün prioritet olaraq qalır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2012 15:01 (UTC +04:00)
ATƏT regional münaqişələrin həllinə konkret töhfələr verməlidir ki, bu da təşkilatın əsas prioritetlərindən biri olaraq qalır.
Dağlıq Qarabağ münaqişəsi İrlandiyanın ATƏT-ə sədrliyi üçün prioritet olaraq qalır

Azərbaycan, Bakı, 12 yanvar /Trend müxbir E.Tariverdiyeva/

ATƏT regional münaqişələrin həllinə konkret töhfələr verməlidir ki, bu da təşkilatın əsas prioritetlərindən biri olaraq qalır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ATƏT-in Daimi Şurasının ilk iclasının açılışında 2012-ci il üçün ATƏT-ə sədrliyin prioritetləri haqqında danışarkən İrlandiyanın Baş nazirinin müavini, XİN rəhbəri İmon Gilmor deyib.

"Hazırda dünyanın müxtəlif hissələrində müşahidə etdiyimiz dərin siyasi və iqtisadi dəyişikliklər bir sıra mövcud regional münaqişələr və transmilli təhlükəsizlik problemləri üzərində səmərəli çoxtərəfli işin zəruriliyini göstərir" , - Gilmor bildirib.

Onun sözlərinə görə, sədrliyin əsas vəzifəsi ATƏT-in nadir güclü tərəflərinin inkişafına kömək edəcək ümumi prioritetləri müəyyənləşdirmək və təşkilatın bu qlobal problemlərin həllinə verə biləcəyi töhfənin hazırlanması olacaq.

İrlandiyanın daha bir prioriteti ATƏT regionunda uzunsürən münaqişlərin davamlı həlli yollarında irəliləyişin əldə edilməsi üçün yolların axtarışı olacaq.

Gilmor Dnestryanı münaqişənin nizamlanmasında rəsmi danışıqların bərpa edilməsini alqışlayıb və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupu həmsədrlərinə və 2008-ci ildə Gürcüstandakı münaqişəyə görə Cenevrə müzakirələri üzrə işə tam dəstəyini təklif edib.

"Biz İrlandiyada münaqişənin ifrat nəticəsini çox yaxşı bilirik. Bu təcrübə sülh danışıqları alətlərindən və razılaşdırılmış formatlardan istifadə etməklə, eləcə də beynəlxalq hüquq prinsiplərinə tam hörmət etməklə ATƏT regionunda həll edilməyən münaqişlərin nizamlanması üçün lazım olan səylərə dəstək verməkdə faydalı ola bilər", -o qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti