...

Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2012 18:02 (UTC +04:00)
Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyə bilər.
Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyir - icma rəhbəri

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan bir şərtlə Dağlıq Qarabağda referendumun keçirilməsini dəstəkləyə bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Parlament Jurnalistlər Birliyinin üzvləri ilə görüşdə bildirib.

"Dağlıq Qarabağda referendum keçirilə bilər, lakin bir şərtlə - Dağlıq Qarabağın azərrbaycanlı sakinlərinin öz evlərinə qayıtması təmin olunsun", - Səfərov deyib.

O qeyd edib ki, referendum yalnız Azərbaycan Konstitusiyasının maddələrinə uyğun olaraq keçirilməlidir.

Onun sözlərinə görə, hazırda Bako Saakyan və onun ətrafında olan canilər sülhdən yayınmaq istəyirlər. İcma rəhbəri deyib ki, Saakyan kimilər tərəfindən erməni icmasının Azərbaycan icması ilə görüşlərə gəlməsinə maneəçilik törədilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti