...

Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır - Türkiyə parlamentinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2012 02:59 (UTC +04:00)
Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır - Türkiyə parlamentinin sədri
Azərbaycan torpaqlarının işğalına son qoymaq üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır - Türkiyə parlamentinin sədri

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Dağlıq Qarabağ və ətrafındakı rayonların Ermənistan tərəfindən işğalına ən qısa müddətdə son qoymaq, azərbaycanlı qaçqınların rahatca evlərinə dönməsini təmin etmək üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilən konfransinda çıxışı zamanı bildirib.

"Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır və bir milyon azərbaycanlı qardaşımız Dağlıq Qarabağ və ətrafındakı rayonlardan qovulub", deyə Çiçək xatırladıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti