...

Niderland parlamentinə Xocalı soyqırımının tanınmasına dair bir milyon ölkə vətəndaşının imzası təqdim edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2012 17:34 (UTC +04:00)
"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Niderland parlamentinə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar müraciət və Xocalı soyqırımının tanınmasına dair bir milyon ölkə vətəndaşının imzalar toplusu təqdim edilib.
Niderland parlamentinə Xocalı soyqırımının tanınmasına dair bir milyon ölkə vətəndaşının imzası təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Niderland parlamentinə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar müraciət və Xocalı soyqırımının tanınmasına dair bir milyon ölkə vətəndaşının imzalar toplusu təqdim edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Niderlanddakı səfirliyindən bildirilib.

Niderlandda fəaliyyət göstərən "Xocalıya Ədalət" kampaniyasının nümayəndələri, "Azərbaycanın Holland Dostları Cəmiyyəti" təmsilçiləri Azərbaycan diasporunun digər fəalları ilə birgə Niderland parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, parlamentin üzvü Nebahat Albayrakla, bu komissiyanın katibi Van Toor, Niderlandın Əmək Partiyasının nümayəndəsi, parlamentin üzvü Yeroen de Lange və Xristian Demokrat Partiyasının nümayəndəsi, parlamentin üzvü Coşkun Görüzlə görüş keçiriblər.

"Xocalıya Ədalət" kampaniyasının yerli Əlaqələndirici Komitəsinin sədri, Niderlandın milli qəhrəmanı, Oranje-Nassau Kral ordeni cəngavəri Gert van Dam Xocalı soyqırımı barədə ətraflı məlumat verərək, 20 il öncə ermənilər tərəfindən mülki azərbaycanlılara qarşı törədilmiş bu beynəlxalq cinayətə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib və bu faciənin Niderland parlamentində gündəmə gətiriləcəyinə ümid etdiyini bildirib. Çıxışının sonunda Gert van Dam parlament nümayəndələrinə "Qarabağ" adlı kitabını təqdim edərək, dünyanın ən demokratik ölkələrindən biri sayılan Niderland Krallığının parlamenti və ictimaiyyətindən Xocalı faciəsi ilə bağlı Avropa dəyərlərinə əsaslanan ədalətin bərpa edilməsinə dəstək xahiş edib.

Görüşdə "Azərbaycanın Holland Dostları Cəmiyyəti"nin icraçı direktoru Marion van der Veqt bildirib ki, 100 il öncə ermənilərlə bağlı naməlum hadisələr tarixçilər tərəfindən heç bir sübuta yetirilmədiyi halda, cəmi 20 il bundan əvvəl Xocalıda törədilmiş və artıq tam təsdiqlənmiş vəhşiliklərə Niderland və beynəlxalq ictimaiyyət tərəfindən hüquqi və siyasi qiymət verilməlidir.

Gert van Dam və Marion van der Veqt Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilməsini tələb edən "Milyon imzalar - bir istək" toplusunu təqdim edib, yaxın zamanda Ermənistan tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər torpaqlarının azad ediləcəyinə, regionda sülhün və insan hüquqlarının bərpa edilməsinə Niderland parlamentinin də töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti