...

Minsk qrupunun həmsədrləri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2012 17:27 (UTC +04:00)
Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak Foru və ATƏT-in fəlaiyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Minsk qrupunun həmsədrləri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 2 mart /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak Foru və ATƏT-in fəlaiyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə Trend cümə günü "Novosti-Armeniya"ya istinadən məlumat verir.

Ermənistann Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr davam etdirilib.

Məlumata görə, həmsöhbətlər Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə verdikləri birgə bəyanatın reallaşdırılması yollarına toxunublar.

Xəbər lenti

Xəbər lenti