...

Elmar Məmmədyarov Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2012 13:55 (UTC +04:00)
Aprelin sonunda Dublində ATƏT-in XİN rəhbərlərinin qeyri-formal görüşü keçiriləcək.
Elmar Məmmədyarov Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar ikinci abzasdan sonra əlavə olunub (ilk xəbər 13:36-da yayılıb)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Ağayeva/

Aprelin sonunda Dublində ATƏT-in XİN rəhbərlərinin qeyri-formal görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda litvalı həmkarı Audronius Ajubalislə keçirdiyi mətbuat konfransında bildirib.

"Mənim ATƏT-in Minsk qrupunun həmsədrləri ilə daha bir görüşüm Londonda baş tutacaq" , - nazir deyib.

Onun sözlərinə görə, bu il ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və Ermənistanda seçki ilidir ki, bu da Dağlıq Qarabağ ətrafında aparılan danışıqlarda durğunluğa səbəb ola bilər.

"Lakin nəzərə almaq lazımdır ki, danışıqlar prosesi davam etdirilməlidir. Belə ki, elə məsələlər var ki, müəyyən vaxta saxlanıla bilməz" , - Məmmədyarov qeyd edib.

Nazirin sözlərinə görə, Bakı öz mövqeyində möhkəm dayanıb. Danışıqlar prosesində ayrı-ayrı məsələlər hələ də açıq qalır və məhz böyük sülh sazişi çərçivəsində razılaşmaya ehtiyac var.

"Münaqişənin nizamlanmaması, qaçqınlar məsələsinin həll olunmaması, Cənubi Qafqazın üç ölkəsinin ikisi arasında münasibətlərin olmaması ümumilikdə regionun inkişafına müsbət təsir edə bilməz" , - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti