...

Tərəflər kompromis əldə edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli bir neçə həftə vaxt aparacaq – erməni deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2012 14:22 (UTC +04:00)
Erməni deputat Vaan Ovanesyan hesab edir ki, tərəflər arasında kompromis əldə olunarsa, Dağlıq Qarabağ münaqişəsinin həlli bir neçə həftə vaxt aparacaq.
Tərəflər kompromis əldə edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli bir neçə həftə vaxt aparacaq – erməni deputat

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Erməni deputat Vaan Ovanesyan hesab edir ki, tərəflər arasında kompromis əldə olunarsa, Dağlıq Qarabağ münaqişəsinin həlli bir neçə həftə vaxt aparacaq.

"Tərəflər güzəşt məsələsində razılığa gələrsə, münaqişənin həlli cəmi bir neçə həftə vaxt apacaq", - Trend-in məlumatına görə, Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Ovanesyan bazar ertəsi jurnalistlərə bildirib.

"Hesab edirəm ki, münaqişənin sülh yolu ilə həlli mövcuddur", - Ovanesyan deyib.

O qeyd edib ki, münaqişədə status-kvo daimi davam edə bilməz, lakin "belə sülh müharibədən yaxşıdır".

Xəbər lenti

Xəbər lenti