...

Rusiya tərəfdaşları arasında münasibətlərə biganə deyil - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2012 18:43 (UTC +04:00)
Rusiya tərəfdaşları arasında münasibətlərə biganə deyil. Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Yerevanda keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib.
Rusiya tərəfdaşları arasında münasibətlərə biganə deyil - XİN rəhbəri

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Rusiya tərəfdaşları arasında münasibətlərə biganə deyil. Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Yerevanda keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədrlər Helsinki Yekun Aktı prinsiplərindən, daha dəqiq, gücün tətbiqi və onun tətbiqii hədəsindən imtina, ərazi bütövlüyünə və xalqların öz müqəddaratını təyinetmə hüququna riayət edilməsi prinsiplərindən geri çəkilməyərək öz vəzifələrini düzgün yerinə yetirib və yetirəcəklər", - Lavrov deyib.

Nazirin sözlərinə görə, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatlarında, o cümlədən Dovil bəyannaməsində əks olunub.

Lavrov qeyd edib ki, münaqişə tərəflərinin rəsmi mövqeyi 2010-cu ildə Astanada keçirilən ATƏT-in sammitində Azərbaycan və Ermənistan prezidentlərinin və həmsədrlərin birgə bəyanatında əks olunur.

Onun sözlərinə görə, həm göstərilən bəyanatda, həm də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərinin yekunu üzrə bəyanatlarda həmsədrlərin səylərinə yüksək qiymət verilməsi ifadə edilib.

"Bu, sənəddə möhkəmlənib və iki ölkənin dəyişmədiyi rəsmi mövqelərini əks etdirir", - Lavrov bildirib.

Xəbər lenti

Xəbər lenti