...

Aİ-nin Cənubi Qafqazda münaqişələrin həlli təşəbbüsünü üzərinə götürməsi təklif olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2012 11:24 (UTC +04:00)
Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir.
Aİ-nin Cənubi Qafqazda münaqişələrin həlli təşəbbüsünü üzərinə götürməsi təklif olunub

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir M.Əliyev/

Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həlli üzrə təşəbbüsü üzərinə götürməlidir. Trend-in məlumatına görə, bunu Bakıda Avronest PA-nın növbəti sessiyasının son iş günündə keçirilən plenar iclasda azərbaycanlı deputat Fərəc Quliyev bildirib.

"Həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistan Avropa İttifaqının "Şərq Tərəfdaşlıq" proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndələri var", - millət vəkili deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur. "Lakin ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə forum rolunu oynayır", - Quliyev deyib.

Azərbaycanlı deputat təklif edib ki, Avropa İttifaqı bu münaqişənin həlli ilə bağlı bir forum təşkil etsin və orada müzakirələr nəticəsində yol xəritəsi göstərilsin.

Xəbər lenti

Xəbər lenti