...

2011-ci ildə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində 23 monitorinq keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2012 13:19 (UTC +04:00)
Ötən il ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik və onun komandası Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminə riyaət edilməsi üzrə 23 monitorinq keçirib.
2011-ci ildə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində 23 monitorinq keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E. Tariverdiyeva/

Ötən il ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşik və onun komandası Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminə riyaət edilməsi üzrə 23 monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ATƏT-in illik məruzəsində deyilir.

Məruzədə qeyd edilir ki, Kasprşik ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə kömək və dəstəyini davam etdirib.

Xüsusən şəxsi nümayəndə və onun komandasının dəstəyi ilə ATƏT-in fəaliyyətdə olan sədri 2011-ci ilin martında Cənubi Qafqaza səfər edib, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə regionuna 7 dəfə (fevral, mart, aprel, iyun, iyul, oktyabr və noyabrda) baş çəkiblər.

Görüşlər tərəflərin nümayəndələrinin iştirakı ilə, o cümlədən ən yüksək hərbi-siyasi səviyyədə keçirilib.

Xəbər lenti

Xəbər lenti