...

Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyi dəyişməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2012 17:29 (UTC +04:00)
Dinc yolla həll edilməli olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi dəyişməzdir. Bunu RF XİN rəhbəri Sergey Lavrov bəyan edib.
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyi dəyişməzdir

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Dinc yolla həll edilməli olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi dəyişməzdir. Bunu RF XİN rəhbəri Sergey Lavrov bəyan edib. Bu barədə Trend cümə günü RİA Novosti-yə istinadən məlumat verir.

"Bütün aydınlığı və dəqiqliyi ilə təsdiqləmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bizim mövqeyimizdə heç bir dəyişiklik baş verməyib. Bizim mövqeyimiz həmsədrlərin hazırladıqları prinsipial yanaşmalara söykənir", - Lavrov deyib.

"Həmsədrlərin mövqeyi də, bizim fəaliyyətimiz də hər iki tərəfin maraqlarına cavab verəcək həlli tapmaq zərurətinə söykənir", - XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, RF-nin mövqeyi nizamlanmanın üç əsas prinsipinə eyni münasibətə əsaslanır, yəni məhz ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiqindən imtina.

"Bu prinsiplərin heç birinin üstünlüyü yoxdur", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti