...

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2012 10:03 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Azərbaycan Ordusunun əsgəri yaralanıb

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, cəbhənin Füzuli rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri, 18 yaşlı Ayxan Nizami oğlu Mustafayev yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti normaldır.

Mustafayev Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Sabiroğlu bildirib ki, düşmən tərəfindən də yaralanan olub.

Xəbər lenti

Xəbər lenti