...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Aprel 2012 14:17 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 12-də Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində keçirilən monitorinq baş tutub.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu keçiriblər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Antal Herdiç, yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçiriblər.

Xəbər lenti

Xəbər lenti