...

Bahar Muradova: Uşaq və qadın qatilləri Ermənistanda hakimiyyətə gəliblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2012 13:07 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələr başlayıb. Trend-in məlumatına görə, vitse-spiker Bahar Muradova giriş nitqi ilə çıxış edib.
Bahar Muradova: Uşaq və qadın qatilləri Ermənistanda hakimiyyətə gəliblər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələr başlayıb. Trend-in məlumatına görə, vitse-spiker Bahar Muradova giriş nitqi ilə çıxış edib.

"Mən siyasi çıxış etmək istəmirəm. Mən öz yurd-yuvasından qovulmuş şəxs kimi danışmaq istəyirəm. 20 ildir biz Şuşasızıq, Qarabağsızıq. Bu məsələyə münasibətdə göstərilən ikili standartlara dözmək olmur və bu standartlar, təəssüf ki, dəyişmir. Azərbaycan və Ermənistana bu məsələdə fərqli münasibət var. Azərbaycan xalqının pozulmuş haqlarına beynəlxalq qurumlar tərəfindən göz yumulur. Uşaq və qadın qatilləri Ermənistanda hakimiyyətə gəliblər", - o deyib.

Muradova bildirib ki, bölgədə sabitliyi təmin etmək üçün beynəlxalq təşkilatlar işğalçılığa hüquqi qiymət verməlidir. Azərbaycan problemlərini özü öz gücünə həll edir və bu, bir sıra qüvvələri qane etmir.

"Bu gün Azərbaycanın hərbi sahədə güclənməsi öz torpaqlarını qaytarmağa yönəlir. Beynəlxalq təşkilatlar, xüsusən BMT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni qəralar qəbul etməlidir. Vaxtlı ilə işğalla bağlı qətnamə qəbul edib, lakin torpaqların qaytarılması mexanizmi yoxdur", - vitse-spiker əlavə edib.

Spiker Oqtay Əsədov söz alaraq yeni qərarlara ehtiyac olmadığını və mövcud qərarların icrasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti