...

Mübariz Əhmədoğlu: İcmalararası dialoqun Avropa Parlamentinin qətnaməsinə düşməməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbləri eynidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2012 13:38 (UTC +04:00)
İcmalararası dialoqun Avropa Parlamentinin qətnaməsinə düşməməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbləri eynidir.
Mübariz Əhmədoğlu: İcmalararası dialoqun Avropa Parlamentinin qətnaməsinə düşməməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbləri eynidir

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun Avropa Parlamentinin qətnaməsinə düşməməsi ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbləri eynidir. Bunu cümə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

"Avropa Parlamenti Azərbaycan və Ermənistanın assosiativ üzvlüyü haqqında qətnamə qəbul etdi. Qətnamədə ən mühüm cəhət Dağlıq Qarabağ münaqişəsinə fərqli münasibətdir. Sənəddə Ermənistana qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaq, gənclərini Dağlıq Qarabağa hərbi xidmətə göndərməmək, işğal etdiyi ərazilərdə məskunlaşma siyasəti aparmamaq, Dağlıq Qarabağa giriş-çıxışa mane etməmək tövsiyə edilir", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, qətnamədə diqqətçəkən məsələ etimad yaratma tədbiri kimi icmalararası dialoqun bura daxil edilməməsidir.

"İcmalar arasında qurulmuş dialoq münaqişənin tənzimlənməsində etimad yaratma mərhələsindən tutmuş statusun müəyyən olunma mərhələsinə kimi ən mühüm iş görməyi bacara biləcək institutdur. İcmalararası dialoq demokratiyaya, sivilliyə tamamilə uyğundur", - politoloq deyib.

O qeyd edib ki, bu dialoqun qətnaməyə düşməməsinin səbəbini bilən şəxslərə münaqişənin tənzimlənməməsinin səbəbi də aydındır.

"Bu səbəbi aradan qaldırmaqla münaqişənin dinc yolla tənzimlənməsinə nail olmaq olar. Əks təqdirdə, Avropa Parrlamenti və digər Avropa qurumları özlərini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanmasına şərik edəcəklər", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti