...

Əli Həsənov: BMT TŞ-yə sədrlik imkan verir ki, Azərbaycan Ermənistanın işğalına dair qətnamələrə əməl olunması məsələsini qaldırsın

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 May 2012 14:20 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasına sədrlik etmək Azərbaycana əlavə imkan verir ki, Ermənistanın işğalına dair BMT-nin əməl olunmamış qətnamələrinin yerinə yetirilməsi məsələsini qaldırsın.
Əli Həsənov: BMT TŞ-yə sədrlik imkan verir ki, Azərbaycan Ermənistanın işğalına dair qətnamələrə əməl olunması məsələsini qaldırsın

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.Mehdiyev/

BMT Təhlükəsizlik Şurasına sədrlik etmək Azərbaycana əlavə imkan verir ki, Ermənistanın işğalına dair BMT-nin əməl olunmamış qətnamələrinin yerinə yetirilməsi məsələsini qaldırsın. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına rəhbərliyi başladı və 1 ay müddətində Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.Bundan sonra qrafikə uyğun olaraq, 2013-cü ilin sentyabr ayında Azərbaycan daha bir ay bu quruma sədrlik edəcək. İlk növbədə, BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və ona sədrlik etmək Azərbaycan üçün çox qürurverici bir haldır. Biz bunu dünyanın Azərbaycana etimadı kimi qəbul edirik", - Həsənov deyib.

PA rəsmisi hesab edir ki, Azərbaycan ilk növbədə dünyanın etimadını doğrultmalıdır.

"Obyektiv şəkildə dünyanın qlobal məsələlərinin həllində iştirak etməliyik, dünyada baş verən hadisələrə obyektiv yanaşmalıyıq, çalışmalıyıq ki, BMT dünyanın idarəçiliyində ən optimal yolları seçsin, beynəlxalq hüququn normalarına əməl etsin. Beynəlxalq hüququn pozulmuş normalarından biri də Dağlıq Qarabağ problemidir. Azərbaycan 20 ilə yaxındır ki, bu istiqamətdə öz səylərini davam etdirir. BMT Təhlükəsizlik Şurasına üzv seçilmək və ona sədrlik etmək Azərbaycana əlavə imkan verir ki, Ermənistanın işğalına dair BMT-nin əməl olunmamış qətnamələrinin yerinə yetirilməsi məsələsini qaldırsın və dünyada bundan sonra da bu tipli hallara yol verilməməsi üçün mexanizmlər qəbul olunsun", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti