Azərbaycan, Bakı, 17 may /Trend, müxbirlər E.Tariverdiyeva, A. Bədəlova/
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda tərəqqi görmək istəyir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
"Biz bu məsələdə konkret addımlar qəbul etdik, xüsusən yeni mövqe - Aİ səfirinin xüsusi mövqeyini yaratdıq. Mövqenin missiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ixtisaslaşmadan ibarətdir", - o deyib.
Səfir əlavə edib ki, Aİ ölkələr arasında etimadın yaradılması üzrə konkret addımlar həyata keçirməyə cəhd göstərmək üçün Azərbaycan və Ermənistanla intensiv şəkildə aktiv dialoq aparır.
Kobia onu da qeyd edib ki, münaqişə xeyli müddətdir uzanır. O, qoşunların təmas xəttində mövcud gərginliklə bağlı narahatçılığını ifadə edib.
Kobianın sözlərinə görə, Aİ etimadın möhkəmləndirilməsi ilə bağlı tədbirlər təklif edib, lakin onlar münaqişə tərəflərinin hökumətlərinin heç biri tərəfindən bəyənilməyib.
Səfir ümid etdiyini bildirib ki, bu təklif yaxın müddətdə bəyəniləcək.