...

Azərbaycanın Baş nazirinin müavini Rusiyanın keçmiş müdafiə nazirini işğalçılıq siyasətində ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2012 12:08 (UTC +04:00)
Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə erməni separatçılar Şuşanı və Laçını işğal edib.
Azərbaycanın Baş nazirinin müavini Rusiyanın keçmiş müdafiə nazirini işğalçılıq siyasətində ittiham edib

Azərbaycan, Bakı, 18 may / Trend müxbir M.Əliyev/

Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun dəstəyi ilə erməni separatçılar Şuşanı və Laçını işğal edib. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov cümə günü jurnalistlərə bildrib.

"Şuşanın işğalında ilk yerdə erməni separatçılar durur, ancaq Pavel Qraçov Rusiyaya məxsus olan 366-cı alayın zabit heyətini 100 faiz erməniləşdirib", - o deyib.

Qraçovun anasının erməni olduğunu xatırladan Həsənov vurğulayıb ki, mayın 8-də Şuşanın işğalı vaxtı Qraçov müdafiə naziri vəzifəsini icra edib, həmin il mayın 17-də Boris Yeltsin Pavel Qraçovu Rusiyanın müdafiə naziri təyin edib və 1992-ci il mayın 18-də Qraçovun dəstəyi ilə erməni separatçılar Laçını işğal edib.

Həsənov qeyd edib ki, Qraçov həmin vaxt dövlətə xəyanət edən azərbaycanlılardan, xüsusən Rəhim Qazıyevdən istifadə edib.

"Biz insanlarımızı, xüsusən gəncliyimizi torpaqların azad edilməsinə hazırlamalıyıq, onlarda Vətənə, torpağa, dövlətə sadiqlik prinsini, əhval ruhiyyəsi formalaşdırmalıyıq", - Baş nazirin müavini vuğulayıb.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rolunun olduğunu vurğulayan Həsənov RF-nin yeni seçilmiş prezidenti Vladimir Putinin obyektivlik göstərərək bu məsələyə son qoyacağına ümidvar olduğunu bildirib.

"Rusiya üçün Ermənistanın bu gün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Rusiya üçün daha strateji əhəmiyyətə malikdir", - Baş nazirin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti