...

ABŞ Konqresinin alt komitəsi Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına maliyyə yardımı ayırmağı tövsiyə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2012 18:43 (UTC +04:00)
ABŞ Konqresinin Təxsisatlar komitəsinin xarici əməliyyatlar üzrə alt komitəsi erməni lobbisinin cəhdlərinə baxmayaraq, 2013-cü il büdcəsindən Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına maliyyə yardımı ayırmağı tövsiyə edib.
ABŞ Konqresinin alt komitəsi Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına maliyyə yardımı ayırmağı tövsiyə edib

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir S.Ağayeva/

ABŞ Konqresinin Təxsisatlar komitəsinin xarici əməliyyatlar üzrə alt komitəsi erməni lobbisinin cəhdlərinə baxmayaraq, 2013-cü il büdcəsindən Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına maliyyə yardımı ayırmağı tövsiyə edib. Bu barədə Trend-ə cümə günü Vaşinqtondakı diplomatik mənbə bildirib.

2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı komitə Senata Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına - öz torpaqlarından qovulmuş qaçqınlara və məcburi köçkünlərə maliyyə yardımı ayırmağı tövsiyə edib.

Komitə, həmçinin ərazi mübahisəsinin sülh yolu ilə nizamlanmasına çağırıb.

Dünya erməniləri Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım haqqında bəndin daxil edilməsinə qarşı sərt çıxış ediblər.

Büdcə layihəsinə bu bəndin daxil edilməsi göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi ətrafında qurbanların olması faktını təsdiq edir və Senatı onlara maliyyə yardımı ayırmağa çağırır.

Xəbər lenti

Xəbər lenti