...

BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2012 14:32 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 25-də Azərbaycanda saxlanılan ermənilərə - 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Azərbaycan, Bakı, 29 may / Trend müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 25-də Azərbaycanda saxlanılan ermənilərə - 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 1 "Qızıl Xaç məktubu" çatdırılıb.

Azərbaycanda hazırda bir ailənin 5 üzvü saxlanılır.

Ermənistanda isə 1 hərbi əsir saxlanılır. Milli Ordunun kişik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu bu ilin yanvarında əsir düşüb.

Xəbər lenti

Xəbər lenti