...

Allahşükür Paşazadə: Dinlərarası dialoq Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2012 17:24 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsinin həllini dinlərarası dialoqda görür.
Allahşükür Paşazadə: Dinlərarası dialoq Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək (FOTO)

Qazaxıstan, Astana, 30 may /Trend, müxbir D.Muxtarov/

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dağlıq Qarabağ münaqişəsinin həllini dinlərarası dialoqda görür.

"Dağlıq Qarabağ probleminin təkcə dövlətlərarası danışıqlar prosesində deyil, dinlərarası dialoq səviyyəsində də həll olunmasını məqsədəuyğun hesab edirəm", - Paşazadə Astanada keçirilən dünyəvi və ənənəvi dinlərin IV qurultayında çıxışında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi bütün Qafqaz regionunun inkişafına mane olur.

"Beynəlxalq vasitəçiliylə dövlət başçıları regionun inkişafına mane olan bu uzanmış münaqişə üzrə danışıqlar prosesini davam etdirirlər. Lakin münaqişənin dinc və ədalətli həlli üzrə danışıqlar prosesinin uğuru üçün konstruktiv ruh və dinlərarası ünsiyyət vacibdir", - Paşazadə bildirib.

Xəbər lenti

Xəbər lenti