...

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2012 09:31 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Şıxlar, Qaraqaşlı, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti